Fransa Liqa 1-in V turunda "Marsel" PSJ-ni qəbul edib.

Offsideplus.az xəbər verir ki, Roberto de Zerbinin yetirmələri Paris təmsilçisini yeganə qolla məğlubiyyətə uğradıb - 1:0.

Qolun müəllifi Nayef Aqerd olub.

"Marsel" 14 ildən sonra ilk dəfə "Velodrom"da PSJ-ni məğlub etməyi bacarıb.

Luis Enrikenin komandası bu mövsüm ilk dəfə məğlub olub.

PSJ 12 xalla 2-ci, "Marsel" isə 9 xalla 6-cı yeri tutur.