Fransanın "Marsel" klubu 2 futbolçusunu satışa çıxarıb.
Offsideplus.az xəbər verir ki, söhbət Adrien Rabio və Conatan Rouvdan gedir. Klub rəsmi olaraq hər iki futbolçusunu satışa çıxardıqlarını açıqladı.
Buna səbəb isə klubun "Renn" ilə son oyununda həmin futbolçuların intizamsız davranışlarıdır. Belə ki, onlar paltardəyişmə otağında mübahisə edib, mübahisə isə davaya çevrilib.
Rabio komanda yoldaşını tənqid edib, buna qəzəblənən Rouv isə Rabioya şillə vurub. Məşqçilər heyəti hər iki futbolçunu uzaqlaşdırmağa qərar verib.



