Formula 1-də mövsümün sonuna iki yarış qalıb.
Offsideplus.az xəbər verir ki, "Maklaren" Oskar Piastridən çempionluğuna əsas namizəd olan, komanda yoldaşı Lando Norris kömək etməsini xahiş edib. Lakin avstraliyalı pilot bunu qəbul etməyib:
"Norrisə kömək etməyimlə bağlı qısa bir görüş keçirdik. Amma cavabım yox oldu. Ferstappenlə eyni xaldayam və işlər yaxşı gedərsə, hələ də çempionluq şansım var".
Hazırda L. Norris 390 xalla çempionata başçılıq edir. O. Piastri və Maks Ferstappen 366 xalla 2 və 3-cü yerləri bolüşürlər.
Qeyd edək ki, Formula 1-də mövsümün 23-cü yarışı bu həftəsonu Qətərdə baş tutacaq.



