Formula 1-də mövsümün sonuna 2 yarış qalıb.
Offsideplus.az xəbər verir ki, bu həftəsonu mübarizə Qətərdə davam edəcək.
Burada eyni zamanda mövsümün sonuncu sprinti də baş tutacaq.
"Maklaren"in pilotu Lando Norris hazırda 390 xalla çempionata başçılıq edir.
O, bu həftəsonu komanda yoldaşı Oskar Piastri və "Red Bull"un sürücüsü Maks Ferstappendən 2 xal çox toplayarsa, çempionluğunu elan edəcək.
Bu halda ingilis pilot ilk çempionluğunu qazanacaq.
Qeyd edək ki, bu gün əvvəlcə məşq seansı olacaq. Daha sonra sprintin təsnifat mərhələsi baş tutacaq.
Sabah isə sprint və əsas yarışın kvalifikasiyası keçiriləcək.
Əsas yarış isə bazar günü, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.



