Bu gün baş tutan Formula 1 üzrə Las-Veqas Qran-prisinin nəticələrində dəyişiklik baş verib.

Offsideplus.az xəbər verir ki, "Maklaren" pilotları Lando Norris və Oskar Piastri diskvalifikasiya olunub. Onlar müvafiq olaraq 2 və 4-cü yerləri tutmuşdu.

"Mersedes" pilotu Corc Rassell 2-ci, onun komanda yoldaşı Kimi Antonelli isə 3-cü yerə yüksəlib.

Qeyd edək ki, yarışı "Red Bull" pilotu Maks Ferstappen qazanmışdı.

Niderland pilot bu nəticələrdən sonra Piastriyə çatıb. Onların aktivində 366 xal var.

Lider Norris isə 390 xala malikdir.

Mövsümün başa çatmağına iki yarış qalıb.