"Red Bull"un pilotu Maks Ferstappen sonuncu Braziliya Qran-prisində 20-ci sıradan başlamağına baxmayaraq yarışı 3-cü sırada bitirməyi bacarıb.
Offsideplus.az xəbər verir ki, "Mersedes"in rəhbəri Toto Volff niderlandlı sürücü barədə bunları deyib:
"Bu, onu göstərir ki, Maks sonuncu yerdən başlasa belə, ona heç vaxt "dırnaqarası" baxmaq olmaz. Keçən il də bunu etdi. O vaxt hava yağışlı idi, ona görə də bunu başa düşmək olardı. Amma bu il yarış yağışsız keçdi. Bunu bacardığına görə də o, dördqat dünya çempionudur".



