DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, raundun yarımfinal mərhələsində qarşılaşacaq milli komandalar məlum olub.
Avropa zonası üzrə pley-off cütləri:
A yolu:
İtaliya - Şimali İrlandiya
Uels - Bosniya və Herseqovina (bu cütün qalibi ikinci oyunu öz evində oynayacaq)
B yolu:
Ukrayna - İsveç (bu cütün qalibi ikinci oyunu öz evində oynayacaq)
Polşa - Albaniya
C yolu:
Türkiyə - Rumıniya
Slovakiya - Kosovo (bu cütün qalibi ikinci oyunu öz evində oynayacaq)
D yolu:
Danimarka - Şimali Makedoniya
Çexiya - İrlandiya (bu cütün qalibi ikinci oyunu öz evində oynayacaq)
Qeyd edək ki, Türkiyə yığması Rumıniyanı məğlub edərsə, Slovakiya - Kosovo cütünün qalibi ilə oynayacaq. Görüş rəqibin meydanında baş tutacaq.



