Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 2026 Dünya Çempionatının 1/4 finalında İsveçrə millisinin hücumçusu Breel Embolonun Argentina ilə oyunda meydandan qovulmasının düzgün olmadığını dolayı yolla təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Joau Pinyeiru əvvəlcə Leandro Paredesə Emboloya qarşı kobudluğa görə sarı vərəqə göstərib. Lakin epizodun təkrarına baxdıqdan sonra hakimin qərarı dəyişib, argentinalı futbolçunun xəbərdarlığını ləğv edib və Emboloya simulyasiyaya görə sarı vərəqə verib. Bu, Embolonun oyunda ikinci sarı vərəqəsi olub və nəticədə meydandan qovulub.
IFAB-ın bazar ertəsi yaydığı sənəddə bildirilir ki, ikinci sarı vərəqə istisna olmaqla, sarı vərəqələr yalnız qaydanı pozan oyunçunun düzgün müəyyənləşdirilməsi üçün VAR tərəfindən nəzərdən keçirilə bilər. Qayda pozuntusunun özü isə dəyişdirilə bilməz. Beləliklə, VAR hakimin qərarını dəyişdirməsini tövsiyə etməyə səlahiyyətli olmayıb və Embolo meydandan qovulmamalı idi.


