Qana millisinin yarımmüdafiəçisi Tomas Parti DÇ-2026 üçün Kanadaya səfər vizası ala bilməyib.

Offsideplus.az "The Athletic"ə istinadən xəbər verir ki, o bu səbəbdən iyunun 18-də Panama millisinə qarşı Kanadada keçiriləcək oyunu buraxmalı olacaq.

32 yaşlı futbolçuya viza verilməməsi ilə bağlı qərar Kanada hökuməti tərəfindən qəbul edilib.