"Heç bir komanda yaxşı oynamadı". 

Offsideplus.az xəbər verir ki, bu sözləri Yurgen Klopp 2026-cı il dünya çempionatının Meksika və Cənubi Afrika yığmaları arasında baş tutan açılış matçı ilə bağlı danışarkən deyib. Mütəxəssis  oyunun yaxşı keçmədiyini vurğulayıb:

"Bərbad taktika seçilmişdi. Meksika rəqibinə qarşı çoxluq təşkil edəndə belə oyun əks-hücumlar üzərinə keçdi. Niyə? Çünki Cənubi Afrika müdafiəçiləri çox geriyə çəkilmişdilər. Bu vəziyyət demək olar ki, mütəmadi hal almışdı. Mən bu görüşü yüksək səviyyəli matç adlandıra bilmərəm".

Qeyd edək ki, qarşılaşma Meksika millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.