Mərakeş yığmasının müdafiəçisi Nayef Agerd Dünya Çempionatının qrup mərhələsində Braziliyaya qarşı keçiriləcək ilk oyun öncəsi heyətdən çıxarılıb.

Offsideplus.az xəbər verir ki, "Marsel"in futbolçusunu heyətdə Marvan Saadane əvəzləyib.

Sosial şəbəkə hesabında qərarın səbəbini izah edən Agerd bunları yazıb:

"Bu, zədənin təkrarlanması deyil, özümü hər gün daha yaxşı hiss edirəm. Sadəcə, məşqçilər heyəti ilə birlikdə qərara gəldik ki, hazırkı performansım qrup mərhələsində komandaya istədiyim qədər kömək etmək üçün kifayət deyil".

Qeyd edək ki, "Atlas şirləri" Agerdlə yanaşı, Norveçlə yoldaşlıq oyununda zədələnən Abde Ezzalzoolinin də xidmətindən məhrum olub.