"Şəfa" növbəti transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi heyətini Murad Musayevlə gücləndirib.

Onunla 1 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu karyerasının böyük hissəsini "Qəbələ"də keçirib. O, eyni zamanda "Zirə", "Şüvəlan" və "Səbail"in heyətində də çıxış edib.