Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu DÇ-2026 öncəsi gözləntilərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, "Əl-Nəsr"in hücumçusu fiziki cəhətdən tam hazır olduğunu və turnirə böyük ümidlərlə başladıqlarını bildirib.
Komandanın çempionluq şansları və hazırlıq prosesi barədə danışan ulduz futbolçu bunları qeyd edib:
"Çox yaxşı bir nəsil formalaşıb, lakin idmanda nəzarət edə bilməyəcəyimiz amillər də var. Əsas məqam iyunun 17-də keçirəcəyimiz ilk matçdır. Turnir irəlilədikcə və hər şey mürəkkəbləşdikcə, əsl çempionları görəcəyik. İnanıram ki, bu komanda xalqımıza böyük sevinc bəxş edəcək. Bizim üçün ilkin hədəf qrupda birinci yeri tutmaq, daha sonra isə addım-addım, oyun-oyun irəliləməkdir".


