Ötən gün Vaşinqton şəhərində futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi baş tutub.
Offsideplus.az xəbər verir ki, tədbirdə ABŞ prezidenti Donald Trampa mükafat təqdim edilib.
O, FİFA Sülh Mükafatını alıb.
Məlum olub ki, ABŞ prezidentinə təqdim edilən tunc Səlhab Məmmədov və Əli İbadullayevin “Düşüncələrimiz və istəklərimiz” adlı məşhur əsərinin miniatür variantıdır.
Səlhab Məmmədov Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqı sədrinin birinci müavinidir. O, AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun atasıdır.
Əli İbadullayev də Rəssamlar ittifaqının üzvüdür.




