"Barselona" klubunun prezidenti Xoan Laporta növbəti seçkilərdə namizəd olmayacağını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 63 yaşlı funksioner Putin kimi olmayacağını bildirib:
"Mən Putin və Maduro kimi olmayacağam. Növbəti seçkilərdə iştirak etməyi düşünmürəm. Yenidən namizəd ola bilərdim, amma bunu etməyəcəm".
Qeyd edək ki, Laporta 2021-ci ildən "Barselona"nın prezidentidir. O, daha əvvəldə - 2003-10-cu illər arasında da katalon klubuna rəhbərlik edib.



