AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan yeni təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Liqa mərhələsinin III turunda noyabrın 26-da keçiriləcək "Srvena Zvezda" (Serbiya) – "Jilina" (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma Belqraddakı "Rayko Mitiç" stadionunda təşkil olunacaq.



