"France Football" baş məşqçilərə təqdim olunan "Yohan Kroyf" mükafatına namizədləri açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, qadın futbolundakı mütəxəssislər üzrə namizədlər arasında Sonya Bompastor, Artur Elias, Castin Maduqu, Rene Slegers və Sarina Veiman var. 

2025-ci ildə ən yaxşı kişi futbol komandası baş məşqçisi adı uğrunda isə Antonio Konte, Luis Enrike, Hansi Flik, Enzo Mareska və Arne Slot mübarizə aparacaq.

Qeyd edək ki, sentyabrın 22-də təqdim ediləcək "Qızıl Top" mükafatlandırma mərasimi Fransanın paytaxtı Parisdə keçiriləcək.