Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın qrupda keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Offsideplus.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qrupun bütün görüşləri Avstriyada təşkil olunacaq.
"Araz-Naxçıvan" - "Sparta Belfast" (Şimali İrlandiya)
27 avqust. Linz. NMS İdman Sarayı. Saat 19:00
PYF "Saltires" (Şotlandiya) - "Araz-Naxçıvan"
28 avqust. Linz. NMS İdman Sarayı. Saat 19:00
"Ljuti Krajişniçi" (Avstriya) - "Araz-Naxçıvan"
30 avqust. Linz. NMS İdman Sarayı. Saat 21:30



