"Əl Nəsr"lə müqaviləsinin müddəti başa çatan Kriştianu Ronaldu yeni klub axtarışındadır. 

Offsideplus.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı forvard karyerasını "Əl Hilal" klubunda davam etdirə bilər. Portuqaliyalı ulduz Səufiyyə Ərəbistanı təmsilçisinə transfer olunmağa çox yaxındır. 

Bu baş verərsə, Kriştianu yeni klubunda ilk matçına "Real Madrid"ə qarşı oyunda çıxacaq. Belə ki, "Kral klubu" klublararası dünya çempionatının qrupunda ilk qarşılaşmasını iyunun 18-də "Əl Hilal"a qarşı keçirəcək.