Bu gün minifutbol üzrə Azərbaycan milli komandası Bakıda təşkil olunan dünya çempionatında 1/8 final matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, rəqib son dünya çempionu Rumıniya yığması olub.
Komandamız çətinliklə də olsa, 1/4 finala yüksəlib.
27 may
17:30 İngiltərə - Bolqarıstan 2:2 (pen. 3:1)
Oyun heç-heçə başa çatdığından dərhal hərəyə 3 zərbə olmaqla, penaltilər seriyası yerinə yetirilib. Penaltiləri daha dəqiq vuran İngiltərə yığması 1/4 finala yüksəlib. Britaniyalılar növbəti mərhələdə Azərbaycan - Rumıniya cütünün qalibi ilə görüşəcəklər.
19:00 Portuqaliya - Macarıstan 2:3
20:30 Azərbaycan - Rumıniya 1:1 (pen. 2:1)
Ramiz Çovdarov, 29 - Robu Alin Marius, 13
Qarşılaşmanın əsas vaxtı heç-heçə bitdiyindən qalib penaltilər seriyasında müəyyənləşib
22:00 Mavritaniya - Fransa 1:0
Beləliklə, 1/4 finalda Azərbaycan - İngiltərə və Macarıstan - Mavritaniya görüşləri olacaq.
1/8 finalın qalan oyunları sabah keçiriləcək.
Qeyd edək ki, 32 komandanın qatıldığı turnirin iştirakçılarının yarısı artıq mübarizəni dayandırıb. Çempionata iyunun 1-də yekun vurulacaq.