Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında gerçəkləşəcək 8 oyundan sonra E, F, G və H qruplarında 1/8 finala vəsiqə qazanacaq bütün komandaların adları müəyyənləşib.
26 may
12:45 Kosta Rika - Tailand 1:4
Tailand yığması 1/8 finala yüksəlir
14:00 İsrail - İspaniya 4:1
İspaniya komandası mübarizəni erkən dayandırır, onun rəqibi isə növbəti mərhələyə yüksəlir
15:15 Argentina - BƏƏ 1:4
16:30 Polşa - Bosniya və Herseqovina 1:1
Bu nəticədən sonra hər iki komanda 1/8 finala adlayıb. İlk dünya çempionu ABŞ yığması (2015-ci il) isə sonuncu oyunun nəticəsindən asılı olmayaraq, 2023-cü ildə dünya çempionatının gümüş medallarına layiq görülən Qazaxıstanla birgə qrupda qalıb
18:15 Çexiya - Gürcüstan 2:2
19:30 Serbiya - Qana 2:1
20:45 Qazaxıstan - ABŞ 5:3
22:00 İndoneziya - Monteneqro 0:4
E qrupu O Q H M T X
1. Monteneqro 3 2 1 0 14-1 7
2. Tailand 3 2 1 0 9-2 7
3. İndoneziya 3 1 0 2 1-8 3
4. Kosta Rika 3 0 0 3 1-14 0
F qrupu
1. Bosniya və H. 3 1 2 0 6-4 5
2. Polşa 3 1 2 0 3-2 5
3. Qazaxıstan 3 1 1 1 7-6 4
4. ABŞ 3 0 1 2 5-9 1
G qrupu
1. Çexiya 3 2 0 0 13-5 7
2. Gürcüstan 3 2 0 0 10-3 7
3. BƏƏ 3 1 0 2 6-12 3
4. Argentina 3 0 0 3 3-12 0
H qrupu
1. Serbiya 3 3 0 0 9-2 9
2. İsrail 3 2 0 1 8-4 6
3. İspaniya 3 1 0 2 5-8 3
4. Qana 3 0 0 3 1-9 0
1/8 finala yüksələn komandalar: Portuqaliya, Serbiya, Çexiya, Gürcüstan, Macarıstan, İngiltərə, AZƏRBAYCAN, Mavritaniya, Bolqarıstan, Fransa, Rumıniya, Tailand, İsrail, Bosniya və Herseqovina, Polşa , Monteneqro
Qrupda qalan kollektivlər: Ukrayna, Hindistan, Qana, Kosta Rika, BƏƏ, Argentina, Çad, Sloveniya, Türkiyə, Bəhreyn, Slovakiya, Özbəkistan, İspaniya, ABŞ, Qazaxıstan, İndoneziya
Qeyd edək ki, Bakı sayca 5-ci dünya çempionatına ev sahibliyi edir. Əvvəlki turnirlərdə ABŞ (2015-ci il), Çexiya (2017-ci il), Meksika (2019-cu il) və Rumıniya (2023-cü il) milli komandaları çempion tituluna sahib çıxıblar.