Bakıda təşkil olunan sayca 5-ci dünya çempionatında bu gün daha 8 matç keçirilib.
Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında gerçəkləşəcək oyunlar zamanı A, B, C və D qruplarında mübarizə başa çatıb.
Nəticədə 1/8 finala yüksələcək 7 komandanın (Portuqaliya hamıdan əvvəl qrup səddini aşıb) adına aydınlıq gəlib.
Azərbaycan yığması Mavritaniyanı məğlub edərək 1/8 finala yüksəlib. Bu mərhələdə milli komandamızın rəqibi son dünya çempionu - B qrupunun ikincisi Rumıniya olacaq.
Reqlamentə əsasən, öz qrupunda iki yeri tutan komandalar mübarizəni pley-offda davam etdirirlər.
25 may
12:45 Özbəkistan - Çad 3:0
Çad yığması qrup mərhələsində qaldı, Özbəkistanın taleyi isə Rumıniya - Fransa matçının nəticəsindən asılıdır
14:00 Bəhreyn - Sloveniya 4:1
Sloveniya kollektivi də 1/8 finala yüksələ bilməyərək dünya çempionatı ilə vidalaşıb
15:15 Hindistan - Portuqaliya 0:8
Bundan öncə Slovakiya (0:15) və Bolqarıstana (0:5) uduzan hindistanlılar ümumilikdə 28 qol buraxdılar
16:30 Macarıstan - Ukrayna 3:0
Macarıstan komandası qələbə sayəsində 1/8 finala yüksəldi
18:15 Türkiyə - İngiltərə 0:3
Türkiyə yığması qrupda qaldı, ingilislər isə mübarizəni davam etdirəcəklər
19:30 AZƏRBAYCAN - Mavritaniya 2:0
Mirmehdi Rzayev, 43; Ramiz Çovdarov, 50+2 (pen.)
Milli komandamız qrup qalibi qismində 1/8 finala çıxır. Mavritaniya və Bəhreyn hərəyə 4 xal toplasa da, birincilər şəxsi görüşdə 2:0 hesablı qələbə qazandıqlarına görə pley-offa yüksəlirlər
20:45 Slovakiya - Bolqarıstan 0:1
Bolqarıstan davam, Slovakiya tamam
22:00 Rumıniya - Fransa 0:0
A qrupu O Q H M T X
1. Azərbaycan 3 2 1 0 7-1 7
2. Mavritaniya 3 1 1 1 3-3 4
3. Bəhreyn 3 1 1 1 5-4 4
4. Sloveniya 3 0 1 2 2-9 1
B qrupu
1. Fransa 3 1 2 0 4-3 5
2. Rumıniya 3 1 1 1 4-5 4
3. Özbəkistan 3 1 1 1 7-5 4
4. Çad 3 1 0 2 4-6 3
C qrupu
1. İngiltərə 3 2 1 0 8-1 7
2. Macarıstan 3 1 2 0 5-2 5
3. Türkiyə 3 1 1 1 4-5 4
4. Ukrayna 3 0 0 3 1-10 0
D qrupu
1. Portuqaliya 3 3 0 0 13-2 9
2. Bolqarıstan 3 2 0 1 7-3 6
3. Slovakiya 3 1 0 2 16-3 3
4. Hindistan 3 0 0 3 0-28 0
1/8 finala yüksələn komandalar: Portuqaliya, Serbiya, Çexiya, Gürcüstan, Macarıstan, İngiltərə, AZƏRBAYCAN, Mavritaniya, Bolqarıstan, Fransa, Rumıniya
Qrupda qalan kollektivlər: Ukrayna, Hindistan, Qana, BƏƏ, Argentina, Çad, Sloveniya, Türkiyə, Bəhreyn, Slovakiya, Özbəkistan
Qeyd edək ki, 32 yığmanın 8 qrupda yarışdığı dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Bundan öncə keçirilən dünya çempionatlarında ABŞ (2015-ci il), Çexiya (2017-ci il), Meksika (2019-cu il) və Rumıniya (2023-cü il) komandaları qızıl medallara layiq görülüblər. Yığmamız 2 il əvvəl ilk cəhddə 4-cü yeri tutub.



