Minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyevin mətbuat konfransı keçiriləcək.
Offsideplus.az xəbər verir ki, yığmanın çalışdırıcısı 21 may - 1iyun aralığında Bakıda gerçəkləşəcək dünya çempionatı ilə əlaqədar jurnalistlərin suallarını cavablayacaq.
Milli komandamızın kapitanının da qatılacağı mətbuat konfransı mayın 19-da saat 18-də Milli Gimnastika Arenasında başlanacaq.
Həmin gün saat 20-də isə Milli Gimnastika Arenasında “Neftçi 2000” və “Premyerliqa məşqçiləri” arasında “Legends Cup” oyunu keçiriləcək.



