FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Ludoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

E.Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş iyulun 23-də Xorvatiyanın Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.