UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turu oynanılıb.
Offsideplus.az xəbər verir ki, "Roma" klubu "Real Madrid"i qəbul edib.
Oyunda hesabı meydan sahibləri açıb, sonradan qonaqlar hesaba tarazlıq gətirsə də, romalılar 2 qol daha vuraraq hesabı 3:1 etdilər.
Hər kəs oyunun meydan sahiblərinin qələbəsi ilə başa çatacağını gözlədiyi vaxtda madridlilər 3 qol daha vuraraq geridönüş etdilər.
23:00 / "Roma" 3:4 "Real Madrid"


