“Mançester Siti”nin hücumçusu Erlinq Haaland bu gecə rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasında 60 qol həddinə ən az matçda çatan futbolçu olaraq yeni rekorda imza atıb. Norveçli ulduz bu nəticə ilə əfsanəvi Lionel Messiyə məxsus olan tarixi göstəricini rəsmən geridə qoyub.
Lionel Messi Çempionlar Liqasında 60 qol həddinə 80 oyunda çatmışdısa, Haaland bu göstəriciyə daha az qarşılaşmada (60 oyuna) nail olaraq turnir tarixinin ən sürətli hücumçusu ünvanını ələ keçirdi.


