Bundesliqanın 30-cu turunda "Bavariya" səfərdə "Haydenhaym" ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, Münhen klubu rəqibini böyükhesabla məğlub edib - 4:0.
Görüşdə komandasının ilk qolunu vuran Harri Keyn tarixə keçib. Bu, onun 60-cı qolub və o, Bundesliqa tarixində 60 qola ən tez çatan oyunçu olub - 60 matç.
Öncəki rekord Erlinq Haalanda məxsus idi. O, 65 oyunda bu qol rəqəminə çatmağı bacarmışdı.



