“Bavariya"nın hücumçusu Harri Keyn klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı futbolçu klubla müqaviləsinin uzadılması ilə bağlı danışıqların artıq başladığını bildirib.
Keynin “Bavariya" ilə hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir. Almaniya klubunun ingiltərəli hücumçunu komandada saxlamaq istədiyi daha əvvəl də məlum idi.
Keyn yeni müqavilə ilə bağlı ilk görüşün ötən həftə keçirildiyini deyib:
“Hələ həll etməli olduğumuz çoxlu məsələlər var. Bu, bir-iki həftəyə həll olunacaq məsələ deyil. Söhbət detallardan gedir. 33 yaşım var. Buna görə də bu, yəqin ki, son müqaviləm, yaxud ən azı son böyük müqaviləm olacaq”.
Keyn tərəflərin anlaşmaya yaxın olduğunu da qeyd edib.


