"Sabah" basketbol klubu bu gün FIBA Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, V tur çərçivəsində rəqib Çexiyanın "Nimburk" klubu olub. Milli Gimnastika Arenasında baş tutan görüş saat 20:00-da başlayıb. Rimas Kurtinaytisin komandası bu görüşdə 105:87 hesablı qələbə qazanıb. Beləliklə Azərbaycan basketbolu tarixində ilk dəfə Azərbaycan klubu Çempionlar Liqasında qalib gəlib.
"Sabah" əvvəlki 4 oyunun hamısında məğlub olub. "Nimburk"un isə 1 qələbəsi var.
FIBA Çempionlar Liqası, V tur
20:00 "Sabah" - "Nimburk" 105:87 (30:21, 20:20, 22:21, 33:25)
Milli Gimnastika Arenası



