"Oyun bizim üçün çox çətin keçdi”.

Offsideplus.az xəbər verir ki, bunu Azərbaycanın qadın basketbolçulardan ibarət milli komandasının baş məşqçisi Evren Alkaya deyib.

Mütəxəssis 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin I turunda Bolqarıstan yığmasına qarşı keçirdikləri matçı şərh edib: “Rəqib qarşısında heç bir şəkildə geri addım atmadıq. Uşaqlarımız çox gəncdir. Səviyyə baxımından çox geri qalırdıq. Bolqarıstan isə yaxşı oynadı. Yarışdakı məqsədimiz bu uşaqları mümkün olduğu qədər çox oynatmaq və növbəti matçlara hazırlaşmaqdır. Komandanı mümkün olan ən yaxşı formaya gətirmək istəyirik. Ötən il B divizionunda Danimarkanı, İslandiyani, Bosniya və Herseqovina komandaları üzərində qələbə qazanmışdıq. Uşaqlar üçün bir az səbir və zamana ehtiyacımız var. Komandada ən böyük basketbolçu 18 yaşındadır. 15 yaşlı uşaqlar da var. Ümid edirəm ki, bir neçə il ərzində daha yaxşı basketbol oynayan bir komanda formalaşdıracağıq".

Qeyd edək ki, yığmamız Bolqarıstana 141:48 hesabı ilə məğlub olub.