"Şəki"nin baş məşqçisi Bedri Meriç ABL-nin VI turu üzrə "Abşeron Lions"a qarşı oyundan sonra fikirlərini bölüşüb. 

Offsideplus.az xəbər verir ki, mütəxəssis 104:79 hesablı matçı belə şərh edib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlara avrokubok matçında uğurlar arzulayıram. Rəqibin yaxşı 3 xallıq atışlarına hazırlanmışdıq. Amma bu gün planımız baş tutmadı. Yenə də bu, bəhanə olmamalıdır. A qrupunda yaxşı komandalar var. Onlara qarşı ekstra oyun göstərmək lazımdır. Biz bu gün onlara qarşı heç normal oyun göstərə bilmədik. Amma belə günlərdə yıxılmamaq lazımdır. Təəssüf ki, yenə 2 yerli oyunçumuz 5 faulla matçdan uzaqlaşdırıldı. Uzun oyunçu əvəzetməsində problem yaşayırıq. Bu yerə yeni amerikalı oyunçu gələcək. O da komandaya qatıldıqdan sonra oradakı problemi həll edəcəyimizi düşünürəm. Rəqib 3 xallıq atışların 50%-ni gerçəkləşdirdi. Belə olduğu zaman qalib gəlmək də çətin olur”.