"Sumqayıt" daha bir transfer reallaşdırıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Sabah"ın sabiq oyun qurucusu Fuad Nifəliyevi transfer edib.

Təcrübəli basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Xatırladaq ki, Fuad "Sabah"ın heyətində 2 dəfə

Azərbaycan çempionu olub. O, mövsümün ilk iki oyununda "Naxçıvan" klubunun heyətində meydana çıxıb.