Azərbaycanın qızlardan ibarət basketbol yığması Avropa Çempionatında çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, 20-29 avqust tarixlərində U-16 yığmamız Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Avropa Çempionatının B divizionunda mübarizə aparacaq. Qızlarımız B qrupunda aşağıdakı rəqiblərlə qarşılaşacaq:
Oyun təqvimi
20 avqust
14:00 Azərbaycan – İsveç
22 avqust
21:30 Azərbaycan – Niderland
24 avqust
19:00 Azərbaycan – Slovakiya
25 avqust
21:30 Azərbaycan – Lüksemburq
Qeyd edək ki, U-16 yığmamız ilk dəfə olaraq Avropa Çempionatı B divizionunda iştirak edir.



