"Sabah" basketbol klubu bu yay növbəti transferini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" fransalı Jan-Mark Pansanı heyətinə cəlb edib. 207 sm boya malik basketbolçu ilə 2 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, son olaraq ölkəsinin "Burq" klubunda çıxış edib.
Karyerası ərzində bir sıra mükafatlara layiq görülən Jan-Mark 2024-cü ildə Fransanın ProB liqasının final seriyasında çıxış edib. Həmin il Eurobasket.com tərəfindən Fransanın ProB liqasında “ilin ən yaxşı yerli oyunçusu” seçilib.



