"Naxçıvan" BK məşqçilər korpusuna yeni təyinat gerçəkləşdirib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsümün ardınca oyunçu karyerasını başa vuran Azərbaycan basketbolunun təcrübəli siması Zaur Paşayev bundan sonra komandanın uğurları üçün çalışacaq.

43 yaşlı mütəxəssis yeni mövsümdən etibarən Naxçıvan təmsilçisində köməkçi məşqçi funksiyasını yerinə yetirəcək.

Zaur Paşayev oyunçu karyerası ərzində milli komandamızla üçqat İslam Həmrəyliyi Oyunlarının qalibi olub, klub səviyyəsində isə Gürcüstan çempionluğu, kuboku və superkubokunu qazanıb.