"Anadolu Efes" TÜBAD Mehmet Baturalp turnirinin ikinci oyununda Yunanıstan təmsilçisi AEK üzərində 101:72 hesablı inamlı qələbə qazanıb və turniri üçüncü pillədə başa vurub.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi oyunun əvvəlindən təşəbbüsü ələ alıb və fasiləyə qədər üstünlüyünü möhkəmləndirib. İkinci hissədə də üstünlüyünü qoruyan "Anadolu Efes" yekunda 29 xallıq fərqlə qalib gəlib.
Komandanın heyətində Bruno Fernando 15 xal, 9 ribaund və 2 assistlə ən məhsuldar oyunçu olub. Metyu Strazel də 15 xal, 4 assist və 1 ribaundla fərqlənib. Daron Rassel 13 xal, 3 ribaund və 5 assist, Dario Şariç 12 xal və 5 ribaund, Corc Loyd isə 11 xal, 2 ribaund və 1 assistlə yadda qalıb.


