Mixail Mudrik uzun fasilədən sonra ilk rəsmi oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, dopinq səbəbindən cəzalı olan ukraynalı futbolçu "Tottenhem"in heyətində, icarə əsasında "Çelsi"dən qoşulduğu komandanın "Nottingem Forest"lə qarşılaşmasında 74-cü dəqiqədə meydana daxil olub. Görüş İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilib və 0:0 hesabı ilə başa çatıb.

Bu, Mudrikin 2024-cü ildən bəri ilk rəsmi matçı olub. O, meydanda olduğu müddətdə 3 ötürmədən yalnız birini dəqiq yerinə yetirib (33,3%), 2 dəfə top itirib və 2 ikili mübarizədən birini qazanıb. Onun çıxışı 6.0 balla qiymətləndirilib.