Bu gün Çinin Şanxay şəhərində 3x3 qadın basketbolu üzrə Dünya Seriyasının final mərhələsi start götürüb.

Offsideplus.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Neftçi SOCAR" A qrupunda mübarizə aparır.

Təmsilçimiz ilk oyunda Fransa seçməsini məğlub etməyi bacarıb - 17:15.

Daha sonra Niderland məğlub olan "ağ-qaralar", son oyunda isə Almaniya millisini məğlub etməyi bacarıb.

Beləliklə, "Neftçi SOCAR" 1/4 finala yüksəlib

  • 12:45 Fransa – "Neftçi SOCAR" 15:17

  • 14:50 Niderland – "Neftçi SOCAR" 22:12

  • 16:55 "Neftçİ SOCAR" – Almaniya 16:11

Qeyd edək ki, final mərhələsinin həll edici oyunları sabah baş tutacaq.