Kişi basketbolçulardan ibarət Azərbaycanın U-18 millisi bu gün Avropa çempionatının B divizionunda ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmamız turnirin startında Polşa seçməsi ilə üz-üzə gəlib
Görüş Polşanın 70:60 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanın heyətində ən məhsuldar oyunçular Hüseyn Məmmədov (16 xal) və İsmayıl Abdullayev (14 xal) olub.
Gənc basketbolçularımızın növbəti oyunu sabah - iyulun 25-də Ukraynaya qarşı olacaq.


