3x3 basketbol üzrə Qadınlar Seriyasının Marsel mərhələsində "Neftçi SOCAR" finalda Kanada ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, qızlar rəqibi 15:9 hesabı ilə məğlub edib və cari mövsüm ikinci çempionluğunu əldə edib. 

"Neftçi SOCAR" daha öncə Orleansda qalib gəlmişdi.

Qeyd edək ki, qızlar 1/4 finalda Uqandanı, yarımfinada isə Fransanı məğlub edib.