Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda bu gün yarımfinal oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi komandamız ABŞ ilə qarşılaşıb. Millimiz 18:19 hesabı ilə məğlub olub. Qızlarımız saat 21:35-də Niderland ilə bürünc medal qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, A qrupunda mübarizə aparan Azərbaycan millisi Madaqaskar, Çexiya və Polşanı məğlub edib. Yığmamız yalnız Niderland kollektivinə uduzub.
Milli pley-ində Litvanı, 1/4 finalda isə Almaniyanı mübarizədən kənarlaşdırıb.


