"Sabah" klubunun baş məşqçisi Rimas Kurtinaytis pley-off mərhələsi çərçivəsində "Gəncə" Basketbol Klubuna qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının fərdi çıxışından və müdafiə xəttindəki intizamdan razı qaldığını bildirib.

​Baş məşqçi qələbəni şərh edərkən bu məqamları vurğulayıb:

"İlk olaraq demək istəyirəm ki, hər bir oyunçumuz individual olaraq bu oyunda yaxşı təsir bağışladı. Pley-offda məsuliyyət daha çoxdur. İlk oyunda əsas üstünlüyümüz müdafiədə inamlı çıxışımız oldu. Rəqibə çox xal qazanmaq şansı vermədik. Təzyiqin öhdəsindən gəlməyi bacardıq. Düşünürəm ki, sonuncu periodda fiziki cəhətdən rəqibdən daha üstün idik. Oyunumuzdan razı qaldım. Amma mübarizə davam edir. Hələ heç nə həll olunmayıb. Bu nəticəni unudub səfər oyununa hazırlaşmalıyıq".