"Gəncə" klubunun baş məşqçisi Xəlil Atlı, "Sabah" ilə keçirilən səfər qarşılaşmasından sonra klubun mətbuat xidmətinə geniş müsahibə verib.
Offsideplus.az xəbər verir ki, məşqçi məğlubiyyətin səbəblərini və komandanın hazırkı durumunu dəyərləndirib.
Xəlil Atlı çıxışında komandanın fiziki yorğunluğunu qeyd etsə də, bunun əsas səbəb olmadığını vurğulayıb:
"Sıx qrafikdən keçirik. Fiziki olaraq yorğunluğumuz artır. Bunlar bəhanə deyil. Oyunun ilk yarısında verilən tapşırıqları daha yaxşı yerinə yetirdiyimizi düşünürəm. Sahə içində atış faizinin aşağı olması ilə yanaşı oyun planından da uzaqlaşdıq. Rəqib də səviyyəli oyunçuları ilə daha yaxşı iş gördü. Nəticəyə bu məqam təsir etdi. Çatışmazlıqları qarşıdakı matç üçün aradan qaldırmağa çalışacağıq. Ən yaxşı şəkildə çıxış edib evdə azarkeşlərimizi sevindirməyə səy göstərəcəyik."


