Basketbol üzrə Çempionlar Liqasında mübarizə aparan "Sabah"ın U-18 komandası bu gün turnirdəki son matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi 7-8-ci yerlər uğrunda keçiriləcək qarşılaşmada Türkiyənin "Tofaş" kollektivi ilə qarşılaşıb. 

"Bayquşlar" 86:60 hesabı ilə qələbə qazanaraq turniri 7-ci yerdə başa vurub.

Qeyd edək ki, komandamız daha əvvəl 5-8-ci yerlər uğrunda matçda Serbiyanın "Borats" klubuna məğlub olub (60:67). Qrup mərhələsində isə təmsilçimiz Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivini üstələsə də (72:61), Bosniya və Herseqovina "İqokea"sına uduzub (58:88).