Azərbaycan Basketbol Liqasında (ABL) bu gün XI turdan təxirə salınmış bir oyun keçirilib.
Offsideplus.az xəbər verir ki, "Sabah" "Neftçi" ilə üz-üzə gəlib. Görüş saat 20:00-da başlayıb və Bakı İdman Sarayında baş tutub.
"Sabah" hazırda A qrupunda 27 xalla 1-ci yerdədir. 20 xala malik "Neftçi" isə 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, XI turdan təxirə salınmış daha bir qarşılaşma - NTD - "Gəncə" matçı sabah oynanılacaq.
ABL, XI tur (Təxirə salınmış matç)
"Sabah" - "Neftçi" 125:89 (33:21, 31:19, 34:20, 27:29)


