Azərbaycan Kubokunda daha iki 1/8 finalçı məlum olub.

Offsideplus.az xəbər verir ki, "Qəbələ" "Mingəçevir"i böyükhesabla məğlub edərək bunu bacarıb - 5:1.

"Şamaxı" isə səfərdə "Səbail"ə minimal hesabla qalib gəlib - 1:0.

Bu gün 5 komanda növbəti mərhələyə yüksəlməyi bacarıb: "Sumqayıt", "Difai", "Şahdağ Qusar", "Qəbələ" və "Şamaxı".

Sonuncu 1/8 finalçı "Neftçi" - MOİK oyununda məlum olacaq. Görüş saat 19:00-da başlayacaq.

Azərbaycan Kuboku, II təsnifat mərhələsi

29 oktyabr (çərşənbə)

"Qəbələ" – "Mingəçevir" 5:1 

Qollar: Domi Massumo, 44. Prins Ovusu, 50; 54; 63. Nuğay Rəşidov, 66  - Cona Attukuaye, 57.

"Səbail" – "Şamaxı" 0:1 

Qol: Alfons Msanqa, 49.

"Xankəndi" – "Difai" 1:2 

Qollar: Emin Quliyev, 45+2 - Musa Musazadə, 61. Bayraməli Qurbanov, 71.

"Zaqatala" – "Sumqayıt" 0:3 

Qollar: Aleksandr Ramalinqom, 8. Nihad Əhmədzadə, 34. Aleksa Yankoviç, 85.

"Şimal" – "Şahdağ Qusar" 0:2 (əlavə vaxtda)

Qollar: Seymur Əliyev, 108. Sənan Ağalarov, 120.