Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qarşılaşmaları başa çatıb.
Offsideplus.az xəbər verir ki, "Şamaxı" klubu tarixində 20-ci, "Sumqayıt" isə 10-cu dəfə futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində iştirak edəcək.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
1/4 finala vəsiqə qazananlar arasında ən yüksək göstərici "Qarabağ"a məxsusdur - 27.
Mərhələnin digər iştirakçılarından "Qəbələ" və "Kəpəz" 17-ci, "Zirə" 11-ci, "Sabah" 7-ci, "Turan Tovuz" 2-ci dəfə 1/4 finalda oynayacaq.
Qeyd edək ki, "Zirə"yə məğlub olaraq mübarizəni dayandıran "Neftçi" bu mərhələdə ən çox boy göstərən komandadır - 33 dəfə.



