Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.
Offsideplus.az xəbər verir ki, "Kəpəz" bu mərhələdə "Ağstafa Gəncləri" ilə üz-üzə gəlib.
Gəncə təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
"İmişli" isə "Qaradağ Lökbatan"la qarşılaşıb. Bölgə klubu hesabda iki dəfə geri düşsə də, sonda 3:2 hesablı qələbə qazanıb.
"Şəfa" və "Baku Sportinq" də mərhələ adlamağı bacarıb.
Azərbaycan Kuboku, II təsnifat mərhələsi
28 oktyabr
"Cəbrayıl" - "Şəfa" 0:3
"Göygöl" - "Baku Sportinq" 0:2
"Kəpəz" - "Ağstafa Gəncləri" 6:1
"Qaradağ Lökbatan" - "İmişli" 2:3



