Azərbaycan Kubokunda 2025/26 mövsümünün qalibi "Sabah" olub.

Offsideplus.az xəbər verir ki, onlar gərgin keçən finalda "Zirə"ni məğlub etməyi bacarıb.

"Bayquşlar" hesabda geri düşsə də, geridönüş edə bilib.

"Sabah"ın qollarına Patrik Mbina və Coy-Lens Mikels imza atıb.

Beləliklə, "bayquşlar" ardıcıl ikinci dəfə ölkə kubokunu muzeyinə aparıb.

Eyni zamanda "qızıl dubl" ediblər.

Azərbaycan Kubokunun finalı

13 may (çərşənbə)

20:00 “Sabah” - “Zirə” 2:1

Qollar: Patrik Mbina (70'), Coy Lens Mikels (90+1') - Eren Aydın (4').

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev

Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə

VAR: Tural Qurbanov

AVAR: Rəhman İmami

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Anar Şıxəliyev

“Neftçi Arena”