Avropa və Konfrans Liqasının püşkü eyni zamanda atılacaq.
Offsideplus.az xəbər verir ki, püşkatma mərasimində ənənəvi şarlardan istifadə olunmayacaq, onu püşk düyməsi əvəz edəcək. Düymə bir basılandan sonra hər iki liqa üçün püşkatma başlayacaq, təsadüfi üsulla hər komanda üçün rəqiblər və ev/səfər oyunları müəyyənləşəcək.
Proqram işini gördükdən sonra nəticələr elan ediləcək.
Qeyd edək ki, püşkatma 29 avqust tarixində keçiriləcək.



